FRANK HUQERBİTSDƏN İSTANBUL ZƏLZƏLƏSİ BARƏDƏ AÇIQLAMA – FOTO

FRANK HUQERBİTSDƏN İSTANBUL ZƏLZƏLƏSİ BARƏDƏ AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraş mərkəzli zəlzələləri proqnozlaşdırdığı iddia edilən Frank Huqerbits gözlənilən İstanbul zəlzələsi ilə bağlı yeni açıqlama verdi.

Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, “Twitter” paylaşımında Huqerbits yazıb:

“İstanbul zəlzələsi nə vaxt olacaq? Mənim tarix və saatı bildirən kristal kürəm yoxdur”.

Özünü tədqiqatçı və planetar həndəsə mütəxəssisi kimi xarakterizə edən Huqerbits zəlzələdən günlər əvvəl, fevralın 3-də “Twitter” səhifəsində “Gec ya tez bu bölgədə (Türkiyənin Cənub-Mərkəzi bölgəsi, İordaniya, Suriya, Livan) 7,5 bal gücündə zəlzələ olacaq” sözlərini yazmışdı.