Xalq artisti Firəngiz Mütəllimovaya ağır itki üz verib.
Aktrisanın qardaşı İlham bəy dünyasını dəyişib. O, bu gün vəfat edib.Əməkdar artist Elşən Cəbrayılov açıqlamasında bildirib ki, mərhum ürəyindən əziyyət çəkirmiş:
“Bir neçə il əvvəl ürəyindən əməliyyat olunmuşdu. Həyatdır, indi də yatıb durmayıb. Firəngiz xanımın yeganə qardaşı idi”.









