FİNLANDİYA RUSİYANIN HÜCUMUNA BELƏ HAZIRLAŞIR

FİNLANDİYA RUSİYANIN HÜCUMUNA BELƏ HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi ilə Finlandiya təhlükəsizlik tədbirlərini gücləndirmək üçün yeni bir addım atdı.

Tribuna.az “SonDakika” xəbər agentliyinə istinadən bildirir ki, Finlandiya Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada, Finlandiyanın Rusiya sərhədində çəkilməsi planlaşdırılan 200 kilometrlik hasarın tikintisinə başladığı bildirilib.

Finlandiya Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada ölkənin şərqində Rusiya sərhədində yerləşən İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometr uzunluğunda hasarın qurulması üçün meşə təmizləmə işlərinə başlanıldığı bildirilib. Açıqlamada yolun tikintisi və hasar çəkilişinə gələn ay başlanacağı, 3 kilometrlik pilot layihənin iyunun sonunadək başa çatdırılmasının gözlənildiyi bildirilib.

Pilot layihə tətbiq edildikdən sonra əsasən cənub-şərqdə olan 70 kilometrlik hasarın tikintisini 2025-ci ilə qədər tamamlamağı hədəfləyən Finlandiya təxminən 380 milyon avroya Rusiya ilə 1300 kilometrlik sərhədinin 200 kilometrini hasarlamağı planlaşdırır.