FİNLANDİYA BU TARİXDƏ NATO-YA DAXİL OLACAQ

FİNLANDİYA BU TARİXDƏ NATO-YA DAXİL OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya aprelin 4-də NATO-ya qəbul ediləcək.

Tribuna.az Ria Novosti-yə istinadən bildirir ki, mərasimdə baş katib Stoltenberq və Finlandiya prezidenti Sauli Niinistö çıxış edəcəklər.

“Sabah Finlandiya bayrağı ölkənin müdafiə alyansına daxil olmasını qeyd etmək üçün NATO-nun Brüsseldəki mənzil-qərargahı qarşısında dalğalanacaq” deyən mənbələr, bunun bazar ertəsi günortadan sonra NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında məlum olacağını bildirib.

NATO xarici işlər nazirlərinin sabah başlayacaq iclasında Finlandiya bayrağı qaldırılacaq. Mərasimdə baş katib Stoltenberq və Finlandiya prezidenti Sauli Niinistö çıxış edəcəklər.