Sumqayıtda qanunsuz tikintidə inşa işləri bərpa olunub. Bu haqda 10 aprel tarixində Sumqayıt24 xəbər verir.
Söhbət şəhərin 1-ci mikrorayonunda, Sülh küçəsində yerləşən obyektdən gedir. Müvafiq icazəverici sənədləri olmayan tikintinin qarşısı 2 dəfə FHN-in əməkdaşları tərəfindən alınıb. Hazırda obyektin birinci mərtəbəsi mişar daşı ilə tikilməkdədir.











