FED üzvləri bu gün açıqlanacaq son iclasın protokollarından əvvəl açıqlamalar veriblər.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, səlahiyyətlilər, ortaq nöqtə olaraq, faiz artımlarında zamana ehtiyac olduğunu bildiriblər.
Fed-in prezidenti Harker bildirib ki, uçot dərəcəsi artımının tam qüvvəyə minməsi üçün 18 ay lazım olacaq.
Filadelfiya Fed-in prezidenti Patrik Harker, Fed-in son zamanlarda faiz dərəcələrini 5 faizdən yuxarı qaldıraraq 1980-ci illərdən bəri ən sürətli pul sərtləşdirməsinə son qoyacağını hiss etdiyini söyləyib.
Son inflyasiya rəqəmlərinin inflyasiya prosesinin yavaş və məyusedici şəkildə getdiyini göstərdiyini ifadə edən Harker, “Ancaq biz artıq faiz artımlarının işə yaradığına dair ümidverici işarələri görürük” deyib.









