Fazil Mustafadan “Qarabağ”a sərt sözlər: “Bu oyunla… “

Fazil Mustafadan “Qarabağ”a sərt sözlər: “Bu oyunla… “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın məğlub olması labüd idi. Bu qədər səriştəsiz futbolçuların bir araya gəldiyi “Qarabağ” görmədim.

Tribuna.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Qarabağ”ln dünənki oyununu qiymətləndirərkən deyib. O bildirib ki, oyun ərzində 30-yaxın imkanı boşa verdilər:

“Bir var bəxt gətirməyə, bir də topa son zərbəni vurmaq qabiliyyəti ümumiyyətlə olmaya.

Bir fəlakət 4 nömrə vardı, özü də hara gəlib düşdüyünü bilmirdi. Yankoviçdən başqa ağıllı oyun göstərən kimsə yox idi meydanda.

Bakıdakı oyunda da Cəfərquliyev möhtəşəm idi. Ötən ilin “Qarabağ” əfsanəsinı yaxşı ki, yaşamışıq. Bu cür oyunla çətin ki, uğur qazanılsın”.

Nigar İxtiyarqızı