Türkiyə futbolunun önəmli adlarından olan Fatih Terim anası Nuriyyə Terim keçdiyimiz günlərdə vəfat etmişdi. Təcrübəli məşqçi sosial media hesabından açıqlama verib.
Tribuna.az Türkiyənin milliyet.com.tr saytına istinadən xəbər verir ki, Fatih Terim onu bu çətin gündə tək qoymayanlara təşəkkürünü bildirib: “Yaşınız nə olursa olsun, anasızlıq izahı mümkün olmayan bir əskiklikdir. Bir parçamı itirən əziz anamın ölümündə bizi tək qoymayan, iştirak edən bütün dostlarımıza ürəkdən təşəkkür edirəm”.\
Tribuna.az









