“FARSLAR AZƏRBAYCANA,TƏBRİZ,ƏRDƏBİL TÜRKLƏRİNƏ GERİDƏQALMIŞ KÜTLƏ KİMİ BAXIR”

“FARSLAR AZƏRBAYCANA, TƏBRİZ, ƏRDƏBİL TÜRKLƏRİNƏ GERİDƏQALMIŞ KÜTLƏ KİMİ BAXIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran mətbuatını diqqətlə izləyirəm. Deyəsən, farslar Zərdüşt ənənələrinə, Hindistandakı zərdüşt kahinlərinə daha çox etimad göstərirlər, nəinki Xamneyiyə.
Hicabdan, şiəlikdən, bu Azərbaycan mirasından, Şah İsmayıl coğrafiyası və hökmündən azad olmaq, Arianaya qovuşmaq istəyirlər.
İslamı, üstüörtülü tənqid edirlər.

Tribuna.Az xəbər verir ki, bu fikirlərlə konspiroloq Həmid Herisçi çıxış edib. O bildirib ki, onların əsas filosofları ABŞ-a sığınmış Siriusdur:

“O da Axundovu təkrarlayır, yamsılayır sanki. Farslar indi şer də yazmırlar, mərsiyə də demirlər. Gülürlər bütün bunlara. Deyirlər, şeri qoy indi türklər yazsın, mərsiyəni də.
Girişiblər kino sənətinə. Art sənətlərə, modernizmə.
Bu sahədə Qərbə tam inteqrasiya ediblər. Aktyor və rejissorlarının çoxu Qərbdə məskunlaşıb. Bərk islama ziddirlər. Bütün fars müxalifəti-şahpərəstlər, millətçi farslar, mücahidlər, solçular sırf Qərb fundamentalizmini alqışlayır, Azərbaycana, Təbrizə, Ərdəbil türklərinə geridəqalmış kütlə kimi baxırlar. Qərbə aşiqdirlər.
Seksual inqilab mövzusu gənc fars qızlarının əsas müzakirə mövzusudur.
Fars ailələrində bölgü yaranıb-övladlar zindikdi, inanmırlar, valideynlər isə başılovlu namaz qılırlar.
Ailələrdə çat yaranıb.
Fars ziyalıları islamı inkar edirlər”.

H.Herisçi bildirib ki, farslar mətbəx mədəniyyətlərində də Qərbi seçiblər. Pizzanı bozbaşdan, düyüdən, cücə-plovdan dadlı, üstün bilərlər:

“Özləri haqda deyirlər ki, 2050 illik mədəniyyətləri var. Ərəblərə, türklərə qədər sivilizatsiya yaradıblar və s. və ilaxır. Deyirlər, bəs farslar islama qalmayıb. Öz mədəniyyətləri, öz Zərdüşt dinləri var”.

Nigar