İranda “Əxlaq” polisi ləğv edilib , onun səlahiyyətləri SEPAH-a verilib. İranın baş prokuroru şənbə günü “Əxlaq” polisinin fəaliyyətinin dayandırılması ilə bağlı bildirib ki, bu qurumun fəaliyyətinin Məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və “keçmişdə yaradıldığı mənbədən bağlanıb”.
Tribuna.az-ın məlumatına görə, bu barədə fikirlərini yazan ekspert Yeganə Hacıyeva deyib ki, Məhəmməd Cəfər Muntəziri son etirazlarla bağlı keçirilən qondarma “təbliğat fəaliyyəti” adlı toplantıda Əxlaq polisinin ləğvinin səbəbini soruşan iştirakçılardan birinə cavabında belə deyib:
” “Cəmiyyətin davranışlarına bundan sonra hüquq mühafizə orqanları nəzarət edəcək”. Yəni cəmiyyətin əxlaqını başı əmmaməli mollalar deyil, əli silahlı SEPAH-çılar qoruyacaq.
Məntiqlə də , etirazlarda gənclərin trendi olan “hərəyə bir əmmamə yerə ataq” kampaniyası kimi şeylər olmayacaq, çünki əli silahlı sepahçının papağını yerə ata bilməyəcəklər.
İran bunu etirazların fonunda hakimiyyətin mütərəqqi addımı kimi qələmə versə də, bu əksinə sərtləşməyə getmək deməkdir”.
Nigar










