Everesti fəth edən ilk amerikalı Cim Uittaker vəfat edib

Everesti fəth edən ilk amerikalı Cim Uittaker vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alpinist Cim UittakerEverest zirvəsinə qalxan ilk amerikalı — 97 yaşında dünyasını dəyişib.

Tribuna.az  xəbər verir ki, bu barədə Associated Press (AP) onun ailəsinə istinadən məlumat yayıb.

Məlumata görə, alpinist aprelin 7-də Port-Taunsend şəhərindəki evində vəfat edib.

Uittaker Everestə 1963-cü ildə qalxıb. AP-nin yazdığına görə, bu hadisə ABŞ-da alpinizmə marağın yenidən artmasına səbəb olub və onu dərhal məşhurlaşdırıb.

Qeyd olunur ki, Uittaker bir çox digər ekspedisiyalara da rəhbərlik edib. O cümlədən, 1990-cı ildə ABŞ, SSRİ və Çin alpinistlərinin iştirakı ilə Everestə beynəlxalq ekspedisiyaya rəhbərlik edib. Ailəsinin bildirdiyinə görə, bu ekspedisiya əməkdaşlıq və xoş niyyət sayəsində nələrin mümkün olduğunu nümayiş etdirmək məqsədi daşıyırdı.

İmran Kərimli