Xüsusilə qış aylarında və yağıntılı havalarda çoxu yuyulmuş paltarı ev şəraitində radiatorların üstündə qurudur. Ancaq mütəxəssislər bunun yaxşı vərdiş olmadığını bildirir.
Tribuna.az xəbər verir ki, paltarları bu cür qurutma qaydası otaqda rütubəti artırır. Həddindən artıq rütubət qoxusuna səbəb olduğu üçün evdə kif də yarana bilər. Bu həm də insan nəfəsinə olduqca zərərlidir. Xüsusilə evdə uşaqlar varsa, valideynlər evdə paltar qurutmaqdan qaçmalıdır. Çünki evdə yaranmış nəm hava və kif uşaqlara daha pis təsir edir və onlarda nəfəslə bağlı müxtəlif xəstəliklər yaradır.
Mütəxəssislərin fikrincə, paltarları qurutmağın ən ideal yolu açıq havada paltar üçün nəzərdə tutulmuş iplərdən asmaqdır.
Nigar
Tribuna.az









