Laçın-Xankəndi yolundakı etirazçılar havanın soyuq olmasına baxmayaraq maraqlı fləşmob hazırlayıblar.
Tribuna.az xəbər verir ki, aksiya iştirakçıları 884 kubik-rubikdən ibarət mozaik portret hazırlayıblar. Portretin üzərində “Save the ecology” yazısı qeyd olunub.
Etirazçılar portreti kamança və tar ifalarının sədaları altında hazırılayıblar.
Bu gün artıq aksiyanın 9-cu günüdür. Havanın olduqca soyuq, şaxtalı və çiskin olmasına baxmayaraq, etirazçıları qoşulanların sayı durmadan artır, sözügedən istiqamətdə Bakıdan sərnişinlər dolu avtobuslar hərəkət edir.
Nigar
Tribuna.az









