Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik sistemi dizel qazanxana ilə işləyir. Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar təmir işləri aparır.
Tribuna.az xəbər verir ki, bu haqda məlumatı Təhsil və Elm Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, artıq məktəbdə istilik bərpa olunub.
C.Valehov şagirdlərə fəal vətəndaş mövqeyinə görə ayrıca təşəkkür edib.
Nigar









