“ƏSGƏRLƏRİMİZƏ SİLAH QAÇAQMALÇILIĞI İTTİHAMI QURAMADIR” – EKSPERT TƏCİLİ ADDIM ATMAĞA ÇAĞIRDI

“ƏSGƏRLƏRİMİZƏ SİLAH QAÇAQMALÇILIĞI İTTİHAMI QURAMADIR” – EKSPERT TƏCİLİ ADDIM ATMAĞA ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş Prokurorluğunun əsir hərbçilərimiz barəsində cinayət işi açaraq, onları silah-sursat qaçaqmalçılığında ittiham etməsi absurd qərardır. Azərbaycan dövləti təcili surətdə bu məsələyə etirazını bildirməli, beynəlxalq ictimaiyyət və təşkilatlar qarşısında məsələ qaldırılmalıdır”.
Bu sözləri Tribuna.az-a siyasi ekspert Fuad Əliyev deyib. Onun sözlərinə görə, əsir əsgərlərin işgəncəyə məruz qalması işi ilə yanaşı saxta ittihamla həbs qərarı verilməsi fakt üzrə də faktiki addımlar atmalıyıq: “Əsirlərin döyülməsi azmış kimi, buna görə cavab verməli olan Ermənistan dövləti yolunu azmış əsirləri qaytarmaq əvəzinə onlara rəsmi ittiham irəli sürür. Görünür ki, İrəvan məsələni siyasi alverə çevirir, məsələni Şahbazla Dilqəmin həbsi ilə eyniləşdirir.


Biz qısa zaman və operativ şəkildə reaksiya verməli, dünyanı məlumatlandırmalı, məktublar göndərməliyik. Eləcə də Rusiya bu işə qarışmalıdır. Necə ki sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov Bakıdakı erməni diversantları İrəvana aparırdı, indi zəhmət çəkib hava şəraitinə görə yolunu azmış və heç bir cinayət törətməmiş əsgərlərimizlə bağlı da iş görsünlər. Onlar nə silahdan istifadə edib, nə cianyət törədib, nə də silah-sursat qaçaqmalçılığı ilə məşğul olublar”.
Qeyd edək ki, Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar”. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.