ƏSGƏRİMİZİN HƏBSİNİN TƏFƏRRÜATI

ƏSGƏRİMİZİN HƏBSİNİN TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 13-də Ermənistan Respublikası ərazisində ikinci hərbçimiz tapılaraq saxlanılıb.

Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Ermənistan ərazisində tapılıb.

Ermənistan tərəfinin iddialarına görə, səhər saatlarında Qafan “Sovxoz”unda Sisiandan qaçan hərbçimiz həbs edilib və onun ZMPK əməkdaşı Hayrapet Meliksetyanı qətlə yetirən şəxs olması ilə bağlı şübhələrin olduğu bildirilib. Onlar bildiriblər ki, qətldən sonra əsgər Meliksetyanın telefonunu da özü ilə aparıb.

Qeyd edək ki, daha əvvəl hərbçilərimiz Bununis və Aşotavan kəndlərinə daxil olub, onlardan biri sakinlər tərəfindən tutulub, digəri isə qaçmışdı.