Ermənistanla sülh müqaviləsinin bağlanması yaza qədər mümkün görünmür.
Azərbaycan Ermənistana üçüncü sülh müqaviləsinin paketini təqdim edib. Detallar ictimaiyyətə açıqlanmasa da, Yerevanın növbəti dəfə bu təklifi manipulyasiya edəcəyi sülh müqaviləsinin bağlanmasından yayınacağı gözlənilir.
Tribuna.az-ın məlumatına görə, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, bir neçə gün bundan əvvəl işçi komissiyanın üzvüləri Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü keçirilib. Bu görüşdə nəqliyyat və kommunikasiyaların açılması müzakirə edilib:
“Məhz Yerevanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığı üçün bu iclasda razılıq əldə olunmayıb. Ümumiyyətlə, bundan sonra da bu kimi iclasların nəticəsiz başa çatması gözlənilir. Ermənistanla Rusiyanın vasitəçiliyi ilə bu xüsusda danışıqlar aparmaq vaxt itkisidir.
Rusiya tərəfi liderlərin növbəti görüşünün təşkilində maraqlıdır. Ermənistanın mövqeyinin hansı istiqamətdə olacağı, sülh müqaviləsinin bağlanmasında maraqlı olduğu təqdirdə bu görüşdə iştirak etmək olar. Hazırkı situasiyada Yerevan Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməyəcək. Rusiyanın vasitəçiliyi istiqamətində atacağı addımlar isə, prosesi nəzarətində saxlamaqdır. Ermənistanla sülh müqaviləsi yaz ayına kimi bağlayanmaya bilər”.
Azərbaycanın Laçın dəhlizində gömrük postu qurmasına gəldikdə isə ekspert hesab edir ki, rəsmi Bakı bu məsələdə israrlıdır və bütün proseslər Ermənistan və Rusiyanın addımlarından asılı olacaq:
“Azərbaycan Moskvanın prosesi sabotaj etdiyini və Yerevanda sülhdən tam geri çəkildiyini gördükdə Laçın dəhlizində güc tətbiqi ilə post qoya bilər”.
Nigar










