ERMƏNİSTANIN XÜSUSİ SƏFİRİ SAYIQLADI:  “DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN DAXİLİ İŞİ DEYİL…”

ERMƏNİSTANIN XÜSUSİ SƏFİRİ SAYIQLADI: “DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN DAXİLİ İŞİ DEYİL…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Manukyan beynəlxalq ictimaiyyətə müraciət edərək, onları Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmin yaradılması istiqamətində səylərini davam etdirməyə çağırıb.

Tribuna.az xəbər verir ki, bu barədə Manukyan rəsmi Tviter səhifəsində yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyev təkidlə davam edir ki, Dağlıq Qarabağ məsələsi daxili məsələdir və onlar bu məsələni heç kimlə müzakirə etmək fikrində deyillər. Bir daha xatırladıram ki, BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü heç bir daxili məsələ ilə məşğul olmayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa onilliklərdir ki, bu məsələ ilə bağlı danışıqlar aparır. İndi Aİ də bu işə qarışıb. Ona görə də Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil”.
Manukyan bildirib ki, II Dünya Müharibəsindən sonra 70 ildən artıqdır fundamental insan hüquq və azadlıqları ölkədaxili məsələ hesab edilmir: “Dağlıq Qarabağ xalqı etnik təmizləmə təhlükəsi ilə üz-üzədir. Beləliklə, beynəlxalq ictimaiyyət problemin sülh yolu ilə həlli, eləcə də Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın və Dağlıq Qarabağın rəsmi nümayəndələri arasında beynəlxalq dialoq mexanizminin yaradılması üçün səylərini davam etdirməlidir”, – deyə Manukyan çərənləyib.