ERMƏNİSTANIN XİN RƏHBƏRİ ŞƏRTLƏRİ AÇIQLADI: “AZƏRBAYCANLA SƏRHƏDDƏ ORDUNU SƏRHƏDÇİLƏRLƏ ƏVƏZ EDİN”

ERMƏNİSTANIN XİN RƏHBƏRİ ŞƏRTLƏRİ AÇIQLADI: “AZƏRBAYCANLA SƏRHƏDDƏ ORDUNU SƏRHƏDÇİLƏRLƏ ƏVƏZ EDİN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh müqaviləsi ətrafında müzakirələrin elementlərindən biri də Azərbaycanla Ermənistan sərhədində sərhədçilərin yerləşdirilməsidir”.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, “Azərbaycanla sərhəddə ordu hissələrinin əvəzinə sərhədçilərin yerləşdirilməsi münaqişənin yekun həllinin tərkib hissəsi olmalıdır”. Bunu İrəvanda xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyadan olan həmkarı Buyar Osmani ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, başa düşmək lazımdır ki, bütün ölkələrdə sərhəd xidməti alətlərinə, xarakterinə, hətta silah növlərinə görə ordu birləşmələrindən fərqlənir.
Mirzoyan hesab edir ki, sərhədçilərin rotasiyası və sərhədçilərin nəzarətinə keçməsi yeni münaqişələrin yaranma ehtimalını xeyli azaldacaq.

“Bu ideya yeni deyil, daha əvvəl ictimaiyyətə açıqlanmışdı. İndi o, sülh müqaviləsi ətrafında müzakirələr çərçivəsində müzakirə olunur”, – o bildirib.

İki ölkə sərhədinin bəzi hissələrində sərhədçilər var və təcrübə göstərir ki, bu hissələrdə toqquşma ehtimalı ordu hissələrinin yerləşdiyi digər xətlərlə müqayisədə daha azdır.