ERMƏNİSTANDAN ALÇAQ AÇIQLAMA – “TÜRKİYƏ DÖVLƏTİ MƏHV EDİLSƏ SEVİNƏRƏM”

ERMƏNİSTANDAN ALÇAQ AÇIQLAMA – “TÜRKİYƏ DÖVLƏTİ MƏHV EDİLSƏ SEVİNƏRƏM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Ermənistan Respublikası dağıdıcı zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə əməliyyatlarına dəstək vermək üçün Suriya və Türkiyəyə xilasedici qruplar göndərib. Suriya ilə bağlı heç bir problem yoxdur, amma bizə dost olmayan Türkiyəyə yardım göndərilməsi ilə bağlı hökumət və Nikol Paşinyanın özü çox tənqid olunurdu ki, bizi qıran bir ölkəyə yardım göndərmək lazım deyil. Bizə qarşı bayraktarlar göndərən ölkə, hansı ki, Azərbaycan 2020-ci ildə bizi tamamilə əzdi. Türkiyədə baş verən dağıdıcı zəlzələnin qurbanlarının çoxu isə Türkiyədə yaşayan kürdlərdir, çünki zəlzələnin güclü dalğası əsasən Türkiyənin kürd bölgələrində qeydə alınıb”.

Tribuna.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin kürd əsilli deputatı Knyaz Həsənov bildirib.

Deputat müsahibəsi zamanı bildirib ki, Türkiyədə şiddətli zəlzələ zamanı iki erməni ölüb, yaralılar da var, üç-dörd erməni Suriyanın Hələb şəhərində idi.