Ermənistanda şəhər əhli qorxu içində- Müəmmalı zəhərlənmələr

Ermənistanda şəhər əhli qorxu içində- Müəmmalı zəhərlənmələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Kotayk bölgəsinin Byureqavan şəhərinin sakinləri iki gün ərzində kütləvi şəkildə həkimə müraciət ediblər.

Tribuna.az xəbər verir ki, müraciət edənlərin hamısı ürəkbulanma, ishal, qusma və qızdırmadan şikayətlənirlər.
Rəsmi İrəvan vəziyyətin ağırlığını nəzərə alaraq, sözügedən şəhərə əlavə həkim briqadası və araşdırma qrupu göndərib. İlkin araşdırmalara görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəhərləniblər. Zəhərlənmənin ilkin səbəbi kimi çirkli su qəbulu göstərilib. Lakin mütəxəssislər bölgədə dəqiqləşdirmə aparmaq üçün araşdırmalara davam edirlər.

Fərda Uğur