ERMƏNİSTANDA HƏRBİ HAZIRLIQ DƏRSLƏRİ QADAĞAN EDİLDİ

ERMƏNİSTANDA HƏRBİ HAZIRLIQ DƏRSLƏRİ QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan məktəblərində hər cür hərbi hazırlıq, vətənpərvərlik dərsləri və maarifləndirici tədbirlərin keçirilməsi qadağan edilib.

Tribuna.az xəbər verir ki, bu barədə Ermənistanın yeni təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan qərar qəbul edib.
Erməni mətbuatı yazır ki, bu, “Komandos” Hərbi İdman Klubu, “Zarq” proqramı, “Pokr Mqer” və digər hərbi qurumlarla əməkdaşlıqdan imtina etmək deməkdir. Erməni məktəbliləri Əsas Hərbi Hazırlıq” fənnindən başqa, digər hərbi-vətənpərvərlik proqram və kurslarında da iştirak edə bilməyəcəklər.
Yeni nazir bildirib ki, məktəblər hərbiləşməkdən çəkinməlidir.
Qeyd edək ki, Janna Andreasyan hələ nazir müavini olarkən bu barədə fikirlər səsləndiridi.

Nigar

Tribuna.az