Dünən axşam Vardanyan- Arutunyan- Paşinyan arasında münaqişənin açıq fazaya keçirilməməsi qərara alındı. Lakin bu gerçəkliyi dəyişmir.
Tribuna.az xəbər verir ki, son 4 gündə Vardanyanın teleqram kanalları Arutunyanın imicinə zərbə vurmaq üçün əllərindən gələni etdilər. Dünən dayanmaq qərarına gəlsələr də, əslində hər şey hələ indi başlayır. Politoloq Zaur Məmmədovun fikrincə, Ermənistanda olduğu kimi, Qarabağ erməniləri arasında da hakimiyyət davası böyüyəcək:
“Ən çətin vəziyyətdə isə odur ki, bu gedişlə Paşinyan qala bilər. Həm hakimiyyəti üçün, həm Azərbaycanla danışıqlarda ciddi pressinq qarşısında qalacaq.
Bu arada, rəsmi Bakı Vardanyanla bağlı qəti mövqeyini aidiyyatı beynəlxalq subyektlərə çatdırıb”.









