ERMƏNİSTANA NÖVBƏTİ HƏRBİ ZƏRBƏ QAÇILMAZDIR…

ERMƏNİSTANA NÖVBƏTİ HƏRBİ ZƏRBƏ QAÇILMAZDIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sülh müqaviləsindən yayınması, Rusiya variantına üstünlük verməsi Vaşinqton və Brüsselin N. Paşinyana qarşı mövqeyində dəyişikliyə gətirib çıxarıb. Avropa İttifaqı da artıq Türkiyənin Ermənistanla Azərbaycan arasında vasitəçi olması mümkünlüyündə maraqlıdır. Çünki Rusiyanı prosesdə yeganə neytrallaşdıracaq ölkə məhz Türkiyədir.

xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında yalnız diplomatik əlaqələrin qurulması barədə ortaq məxrəc olduğunu qeyd etdi:

“Rəsmi Yerevan iki ildən artıq ki, sülh müqaviləsinin bağlanmasından yayınır. Bəs, Ermənistanın istədiyi nədir?! Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinin nəticəsidir ki, sülh müqaviləsindən yayınır. Məhz Qarabağa iddia irəli sürmək və Azərbaycanın ərazi bütövlüyünü tanımaması prosesi bu nöqtədə saxlayıb. Ermənistana isə, növbəti hərbi zərbə qaçılmaz görünür”.

Nigar

Tribuna.az