ERMƏNİSTAN VƏ YUNANISTAN 2023-CÜ İL ÜÇÜN HƏRBİ ƏMƏKDAŞLIQ PLANI İMZALAYIB

ERMƏNİSTAN VƏ YUNANISTAN 2023-CÜ İL ÜÇÜN HƏRBİ ƏMƏKDAŞLIQ PLANI İMZALAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Yunanıstan hərbçiləri xüsusi təyinatlılar, hava hücumundan müdafiə və digər qoşun növlərinin birgə təlimi keçirəcək.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan və Yunanıstan 2023-cü il üçün hərbi əməkdaşlıq planını təsdiqləyib. Bu barədə Ermənistanın Yunanıstandakı səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, sənədi Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Ayvazyan və Yunanıstan Baş Qərargahının beynəlxalq əlaqələr departamentinin direktoru Vasilios Tsami imzalayıblar.
Əməkdaşlıq planına 21 tədbir daxildir, onlardan 15-in Yunanıstanda, 6-nın Ermənistanda keçirilməsi planlaşdırılır. Proqrama xüsusi təyinatlı qüvvələrin, hava hücumundan müdafiə bölmələrinin birgə təlimi və təcrübə mübadiləsi, kiber bölmələrin, sülhməramlı qüvvələrin təlimi daxildir.
Əməkdaşlığın əsas komponenti həm də iki ölkənin kəşfiyyat icmaları arasında əməkdaşlıq olacaq.