Azərbaycanın Laçın dəhlizini bir neçə saat ərzində bağlaması Yerevan və Moskvaya ciddi mesajdır.
Tribuna.az-ın məlumatına görə, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. Onun fikrincə, Azərbaycan bir aya yaxındır ki, Ermənistan və Rusiya sülhməramlı qüvvələrinə Laçın dəhlizindən silah- sursat keçirilməsi və bu ərazilərdə qanunsuz qazıntı işləri aparılaraq gülüşlərin Ermənistana daşınması həyata keçirilir:
“Azərbaycan Ekologiya Nazirliyi və özəl şirkətin Laçın dəhlizini bağlaması Yerevana və Moskvaya ciddi mesajdır. Laçın yolunu bağlaması Azərbaycanın müstəsna hüququdur.
İlk dəfə mülki nazirlik yolu bağladı. Ermənistan və Rusiya bundan nəticə çıxarmasa, güc nazirliyi -Nüdafiə nazirliyi yolu bağlaya bilər. Azərbaycan bununla birdaha mesaj verir ki, Qarabağda etnik ermənilərin yaşadığı əraziyə girərək monitorinq aparacaq. Bununla Rusiya sülhməramlı qüvvələrinin necə hərəkət etməsi test edilir. Göründüyü kimi Rusiya hərbçiləri separatçıları müdafiə edir”.
Ekspert bildirib ki, gələn il Azərbaycan tərəfi sülhməramlı qüvvələrinin çıxarılmasını tələb edə bilər:
“Həmçinin növbəti dəfə Laçın dəhlizində gömrük və sərhəd xidmətinin postu qoyularaq Laçın dəhlizindən yalnız humanitar məqsədlər üçün istifadə edilməsinə icazə veriləcək.
Ermənistan və Rusiya Qarabağda silahlanır və bunun qarşısını mütləq almalıyıq”.
Nigar










