“Azərbaycan–Ermənistan sərhədində delimitasiya, demarkasiya işləri həyata keçirilmədiyi üçün hələ iki ölkə arasında sərhəd də mövcud deyil”. Tribuna.az bildirir ki, politoloq Yeganə Hacıyeva belə hesab edir.
Onun fikrincə buna görə də Ermənistanın basdırılmış minaların hansı dövlətin ərazisinə düşməsi ilə bağlı fikirləri, sadəcə, blefdir: ” Ermənistanın delimitasiya və demarkasiyanı həyata keçirməməkdə bir məqsədi var ki, bu da mütəmadi olaraq Azərbaycanı Ermənistan sərhədini keçməkdə ittiham etməkdir.
Bunun səbəbi odur ki, Azərbaycan uzun illər işğala məruz qaldığını bəyan edərək özünə çoxlu tərəfdaş qazanıb, indi Ermənistan da ərazisinin Azərbaycan tərəfindən işğal edildiyinə diqqət cəlb etmək istəyir”.
Tribuna.az









