“Azərbaycan tərəfindən Laçın dəhlizinin qarşısını almaqda məqsəd Dağlıq Qarabağda etnik erməniləri öz vətənlərini tərk etməyə məcbur etmək, həyatı qeyri-mümkün edən şərait yaratmaqdır”.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin ermənipərəst üzvü Keti Porter qondarma soyqırımın ildönümü münasibətilə ABŞ Konqresində təşkil olunan tədbirdə deyib.
“Bizim buna cavabımız da aydın olmalıdır. Biz Azərbaycanı təcavüzünə görə məsuliyyətə cəlb etməliyik. Biz də Bayden administrasiyasına təzyiq göstərməliyik ki, təşəbbüs göstərsin və bu blokadanın aradan qaldırılması üçün addımlar atsın. Amerika vergi ödəyiciləri Azərbaycanın erməni xalqına qarşı düşmənçiliyinə sponsorluq etməməlidirlər. Nə qədər ki, təcavüz davam edir, Azərbaycan heç bir hərbi dəstək almamalıdır”, – deyə Porter boşboğazlıq edib.









