ERMƏNİLƏRİN HƏLƏ DƏ İSTİFADƏ ETDİYİ YATAQLARIMIZ VAR

ERMƏNİLƏRİN HƏLƏ DƏ İSTİFADƏ ETDİYİ YATAQLARIMIZ VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəmirli yatağının istismarı 44 günlük müharibədən sonra dayandırılıb, bu günlərdə yenidən istismara başlanılıb. Qızılbulaq yatağının istismarı isə 2020-ci ildən sonra bərpa olunmayıb.

Tribuna.az xəbər verir ki, bu sözləri iqtisadçı Qalib Toğrul deyib. Onun sözlərinə görə, Azərbaycan Söyüdlü yatağının istismarına başlamayıb. Səbəb işğal dövründə yatağı işlədən Rusiya şirkətinin təzyiqləridir:

“Söyüdlü yatağı rəsmi olaraq “Anglo Asian Mining” şirkətindən alınıb. Yeni sahibi məlum deyil. Ermənilər, fasilələrlə olsa da, Sotk yatağının istismarını davam etdirirlər. Vejnəli yatağında hələki texniki sınaq qiymətləndirmə işləri aparılır, yatağın istismar edilib-edilməyəcəyi məlum deyil”.

Nigar

Tribuna.az