Ermənistan ciddi sıxıntılar içindədir. Vəziyyətdən necə çıxacaqları da sual altındadır. Bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərbə yönəlmə cədhləri, iki qütb arasında qalmalarına gətirib çıxarıb. Tribuna.az xəbər verir ki, İrəvanda təlaş içində olan təkcə baş nazir Nikol Paşinyan deyil. Həm də ruslara bağlı müxalifət də ciddi narahatlıq keçirir.
Səbəb isə odur ki, İrəvan hakimiyyəti Qərbə meyilləndikcə, Rusiyanın bu ölkədən çıxma imkanları daha da çoxalır. Bu isə Ermənistan müxalifətinin ən qorxuduğu tendensiyadır.
Belə olduqda, erməni müxalifəti yerli erməniləri qorxutmaq üçün çeşidli yalanlar, versiyalar və proqnozlar yayırlar. Məsələn, özünü beynəlxaq ekspert kimi təqdim edən Qriqor Balasanyan iddia edir ki, Qafaqazda yeni müharibə riski həddindən artıq çoxdur. O, bunu Laçın dəhlizində keçirilən aksiya və Ermənistan-Azərbaycan sərhəddində baş verən lokal atışmaları göstərib. “Laçın dəhlizində baş verən hadisələrə, Azərbaycan- Ermənistan sərhəddində atışmalarına nəzər salanda məlum olur ki, yeni müharibənin yenidən başlaması riski yüksəkdir. Bu, Ermənistan-Azərbaycan müharibəsi olmayacaq. Amma hamının hamıya qarşı müharibəsi olacaq”.
Balasanyan hesab edir ki,bu müharibədə ən təhlükəli məqam xarici oyunçuların müdaxilə edə biləcəyidir. “Belə olarsa, bu,regionun real “partlatılması” təhlükəsi ilə üz-üzə qalması deməkdir. Belə olan halda İran və Rusiya Laçın dəhlizi hadisələrinin təkrarlanmamasında, Azərbaycanın danışıqlara başlanmasında maraqlı olmalıdırlar”.
Eerməni ekspert həmçinin onu da iddia edir ki,əgərregionda yeni müharibə başlayarsa, İran meydana “yeni sima” ilə çıxacaq. “Bu “sima” Azərbaycan və İsrail üçün ciddi narahatlıqlar yaradacaq”.
Erməni ekspertlər bu cür təbliğatlar aparmaqla əslində, erməni cəmiyyətini aldatmağa, onlarda “Rusiyadan ayrılsaq, məhv olaraqı” fikrini daha dərinə aşılamaqdır. Eyni zamanda, regionda durumun gərgin olduğu da şübhəsizdir. Lakin bu gərginliyin müharibəyə gətirib çıxarma ehtimalı çox aşağıdır. Hətta Balasanyanın dediyi kimi olarsa belə, bu müharibədə Azərbaycan tərəf olmayacaq və hər hansı xarici qüvvəni də dəvət etməyəcək. Bunu etsə-etsə Ermənistan edəcək ki, bölgəni daha dərindən qarışdırsın və bulanıq sudan balıq tutsunlar.
Tribuna.az









