ERMƏNİLƏR KİÇİK QRUPLAR HALINDA QARABAĞI TƏRK EDİR… EKSPERT AÇIQLADI

ERMƏNİLƏR KİÇİK QRUPLAR HALINDA QARABAĞI TƏRK EDİR… EKSPERT AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı ermənilər özlərini xəstə kimi qələmə verməklə hər gün 3-5 nəfər olmaqla kiçik qruplarla RSK-nın müvəqqəti nəzarətində olan ərazilərdən çıxırlar.

Tribuna.az bildirir ki, bu haqda informasiyanı hərbi ekspert Ədalət Verdiyev paylaşıb. Onun fikrincə, ərazini tərk edənlərə maksimun şərait yaratmalıyıq:

“92-ci ilin oktyabrında Laçın yolu ilə Qarabağı tərk edən erməni maşınlarına güllə atmamağı əmr etmişdim. Onsuz da sursat qıtlığı var idi, 3 günlə təchizat gəlmirdi, həm də ərazidən çıxan ermənilər arxayın idi ki, sağ qalmaq şansını yalnız bu yolla əldə edə bilərlər.
Bu metodla Şuşada keçiriləcək Novruz atəşfəşanlığını Ruben və Arayikdən başqa izləyən də tapılmayacaq”.

Tribuna.az