Ermənistan Hindistandan daha bir silah almağa hazırlaşır. Tribuna.az xəbər verir ki, bu dəfə “Konkurs-M” tank əleyhinə idarə olunan raketlər alacaq. Sözügedən silah müasir zirehli texnikaları, sabit atəş nöqtələrini, mobil və stasionar kiçik ölçülü yer və üzən hədəfləri, alçaqdan uçan helikopterləri və digər hədəfləri vurmaq üçün nəzərdə tutulub.









