Əslən Qarabağdan olan erməni vəkil Rafael Martirosyan separatçılara soyuq duş effekti yaşadıb.
Tribuna.az xəbər verir ki, o, yerli “İravunk” qəzetinə müsahibəsində bildirib ki, İrəvanda mənzillənmiş separatçıların “dövlət” kimi fəaliyyət göstərməsi əsassızdır.
Maritrosyan bildirib ki, Qarabağdan qaçaraq, İrəıvana sığınmış separatçılar Ermənistan qanunlarına tabe olmalıdırlar. “Ermənistan dövlətdir və heç bir dövlətin tərkibində başqa bir dövlət fəaliyyət göstərə bilməz”.
Erməni vəkil onu da qeyd edib ki, Qarabağdakı separatçı rejim artıq mövcud deyil. “Buna görə də Qarabağ “parlament”inin heç bir fəaliyyət göstərmək hüququ yoxdur. Bu, tamamilə əsassızdır”.
O sonda bildirib ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb. “Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Bunun üzərindən Qarabağa iddia etmək Azərbaycana qarşı müharibə elanıdır. Bu, təkcə Qarabağdan köçənlərin deyil, eləcə də Ermənistanın aqibətini sual altına qoya bilər”.
Fərda Uğur









