Ekofəalların aksiyası uzandıqca ermənilərə bağlı şəbəkələr fəaliyyətlərini artırılar. Aralarında bloggerlər, partiya sədrləri, sosial advokasiyalar olan bir qrup şəxs maliyyə aldıqları mərkəzlərdən ötürülən tezisləri dövriyyəyə gətirməyə başlayıblar.
Tribuna.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli bildirib. Qeyd edib ki, “Humanitar fəlakət”, “Dağlıq Qarabağ”, “mülki ermənilər” kimi ifadələr tez-tez eşidilir:
“Bu prosesi qatıblar digər nüansların gözünə və bütün ciddi-cəhdlə əhəmiyyətini heçə endirməyə çalışmaqdadırlar. Hazırda Şuşada havanın temperaturu -5 dərəcədir, isti otaqlarda əyləşənlərin və biz, hamımızın onlara – vətən görəvlərini daşıyan şəxslərə vicdani borcumuz var. Yanınızdayıq, iftiraların qarşısındayıq, düşmənlə mübarizədə cəbhədəyik”.
Nigar
Tribuna.az









