ERMƏNİ POLİTOLOQ: “NƏ QƏDƏR AXMAQ, BEYİNSİZ OLDUĞUMUZA GÖRƏ DƏLİ OLURAM”

ERMƏNİ POLİTOLOQ: “NƏ QƏDƏR AXMAQ, BEYİNSİZ OLDUĞUMUZA GÖRƏ DƏLİ OLURAM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan aqressora çevrilir, ona görə ki, özü-özünü bu rola qoyub. Mən Beynəlxalq Ədalət Məhkəməsinin iclasını diqqətlə izləyirəm və nə qədər axmaq, beyinsiz olduğumuza görə dəli oluram.

Tribuna.az yazır ki, Erməni politoloq Hayk Martirosyan qeyd edib. Politoloq yazıb ki, prosesə baxdıqca utanıram, qəzəb və hiddətlə içim göynəyir:

“Bizim düşmənimiz isə əksinə, o qədər ağıllı, hesablı, ardıcıl, mütəşəkkil və iradəli hərəkət edir. 1992-ci ildən bəri Ermənistanın rus satraplarının dəhşətli dördlüyü Qarabağın (Artsaxın) Azərbaycanın bir hissəsi olduğunu qeyd- şərtsiz qəbul edib, bununla da dünyanı inandırıb və indi Azərbaycan gəlib “ÖZ” Qarabağını ələ keçirəndən sonra da biz Qarabağa pul ödəməyə davam edirik”.
Erməni mətbuatına istinadən politoloqun fikirlərini paylaşan Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi qeyd edib ki, belə xalqı olan bu ölkənin mütləq erməni gələcəyi yoxdur.