“Belə davam edərsə, biz təkcə Qarabağı yox, ümumilikdə Ermənistan dövlətçiliyini itirəcəyik”. Tribuna.az xəbər verir ki, bunu Ermənistan Demokratik Birlik Partiyasının sədri Suren Petrosyan deyib.
Onun sözlərinə görə, hazıərda Ermənistanda əsas problem depopulyasiya və Qarabağ probleminin yekun həllidir. “Ermənistan hakimiyyəti dəfələrlə bəyan edib ki, əslində onlar Qarabağın öz müqəddəratını təyinetmə meyarının aşağı salınmasının tərəfdarıdırlar. Xüsusilə, Nikol Paşinyan parlamentdə bir neçə dəfə deyib ki, 2016-cı ildən sonra Ermənistan Qarabağın Azərbaycanın tərkibindən çıxması üçün bütün praktiki və nəzəri imkanlarını itirib. Digər tərəfdən, hökumətin bütün gücü ilə həyata keçirməyə çalışdığı sülh gündəmi də var. Amma o gündəliyin ən mühüm, əsas komponenti Azərbaycanın irəli sürdüyü problemdir ki, Qarabağ problemi nəhayət həll olunmalıdır, yəni Ermənistan bütün nəticələri ilə onu Azərbaycanın bir hissəsi kimi tanımalıdır. Ermənistan hakimiyyəti isə faktiki olaraq bununla razıdır”.
Petrosyan qeyd edib ki, Ermənistan hökumətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımçağa hazır olub-olmadığı vacib sualdır. “Ermənistanın bu sülh gündəmi və Azərbaycanla bununla bağlı razılaşması var. İndiki vəziyyət belədir ki, müharibə bitib, Qarabağın bir hissəsində ermənilər yaşayır, status məsələsi hələ də gözləyir. Lakin bu məsələ həll olunmalıdır. Amma təməlli sülhün olmasına hələ var”.
Erməni partiya sədri İranın Zəngəzur dəhlizi məsələsindəki mövqeyi barədə də danışıb. O deyib ki, Tehranın quru sərhədlərin dəyişilməsi məsələsində maraqlı olduğuna inanmır. “İranın hansı addımlar atacağını deyə bilmərəm. Lakin onlar üçün təkcə Ermənistanın milli təhlükəsizliyi problem deyil. Buraya Zəngəzur dəhlizi daxil deyil. Çünki hazırda əsas proseslər Zəngəzur dəhlizi ətrafında gedir. Orada isə əsasən iki razılaşma nöqtəsi var. Məncə, Qərb, Türkiyə və Rusiya Ermənistan ərazisindən keçən dəhlizin tərəfdarıdırlar. Sadəcə olaraq, bu dəhlizə kimin nəzarət etməsi barədə hələ konsensusa gələ bilmirlər. İkincisin isə İran qəti şəkildə istənilən dəhlizin əleyhinədir və burada da Rusiya İranla razılığa gəlməlidir. Və burada hərbi, strateji, texnoloji baxımdan çox böyük qarşılıqlı bağlılıq var”.









