ERMƏNİ MÜXALİFƏTİ: “PAŞİNYAN BU DƏFƏ QARABAĞ ERMƏNİLƏRİNİ XİLAS ETMƏK ADI İLƏ BAKI İLƏ SAZİŞ İMZALAYACAQ”

ERMƏNİ MÜXALİFƏTİ: “PAŞİNYAN BU DƏFƏ QARABAĞ ERMƏNİLƏRİNİ XİLAS ETMƏK ADI İLƏ BAKI İLƏ SAZİŞ İMZALAYACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizinin bağlanmasından sonra Ermənistan isterikaya düşüb. Daha doğrusu, erməni müxalifəti sonsuz sayda versiyalar irəli sürməklə, cəmiyyətin beynini doldurmağa çalışır.
Tribuna.az saytı xəbər verir ki, erməni müxalifətinin ortaya atdığı növbəti təbliğat isə yolun bağlı qalmasının Ermənistan hakimiyyətinin xeyrinə olmasıdır. Erməni mediasında yayılan xəbərlərdə iddia edilir ki, baş nazir Nikol Paşinyan hələ 44 günlük müharibədən sonra 3 tərəfli razılaşmaya imza atmasını Qarabağdakı 30 minlik ordunun mühasirəyə düşməməsi ilə əsaslandırmışdı. Belə ki, həmin vaxt Paşinyan bildirmişdi ki, əgər sənədə imza atmasaydı, müharibə davam edəcəkdi və Ağdamla Ağdərədəki 30 minlik ordusu Azərbaycan Ordusunun mühasirəsinə düşəcəkdi ki, bu da böyük qırğınlara səbəb olacaqdı.
Erməni müxalifəti Laçın dəhlizinin bağlanmasının hazırkı məqamda Ermənistan hakimiyyətinə verdiyi üstünlüyü isə bununla əlaqələndirir.Onlar deyirlər ki, Nikol Paşinyan bu dəfə imzalayacağı sazişi Qarabağda yaşayan erməniləri xilas etmək məqsədi daşıdığını deyəcək. “Ermənistan hakimiyyəti Laçın dəhlizinin bağlanmasından öz məqsədləri üçün istifadə edəcək. Nikol Paşinyan bu dəfə də deyəcək ki, əgər saziş imzalamasaydım Qarabağdakı ermənilərin aiqbəti sual altına düşəcəkdi. Yəni, keçən dəfə 30 min erməni əsgərini xilas etməyi üzünə tutmuşdusa, bu dəfə Qarabağ ermənilərini üzünə tutub, Azərbaycanla saziş imzalayacaq”.

Tribuna.az