Bütün ermənilərin katolikosu II Qaregin aprelin 11-də törətdikləri təxribat nəticəsində ölən erməni hərbçilərlə bağlı danışıb. Tribuna.az erməni KİV-lərinə istinadən xəbər verir ki, II Qaregin yenə revanşizmdən, mübarizədən dəm vurub. Katalikos “Qoy, saleh qəhrəmanlarımızın əbədi xatirəsinə xeyir-dua nəsib olsun”, – deyə bildirib.









