Erməni Etnoqraf Vahe Kotanyan iddia edir ki, “bazarımız dəyişdirilmiş erməni ornamentli türk parçalarla doludur”. O izah edir ki, belə olan halda biz türklərin varlanmasına yardım etməklə yanaşı, həm də mədəniyyətimizin təhrif olunmasına rəvac vermiş oluruq.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, onun iddialarına görə, Türkiyə istehsalı olan və təhrif olunmuş erməni ornamentləri olan parçalar son illər Ermənistan bazarını doldurub. Onlar hər yerdə var: bu parçalardan tikilmiş süfrələr, şərab zərfləri, salfetlər, çantalar, papaqlar “ənənəvi” erməni məhsulları adı altında satılır.
“Baxmayaraq ki, Türkiyə istehsalı olan mallar, xüsusən də tekstil məmulatları bizim bazarda yenilik adlandırıla bilməz, çünki onlar illərdir və böyük miqdarda satılır, lakin bu halda söhbət həyəcanverici bir faktdan gedir. Əslində biz təkcə Türkiyə iqtisadiyyatının inkişafına deyil, həm də mədəniyyətimizin təhrif olunmasına töhfə veririk”, -deyə etnoqraf əlavə edib.
“Həqiqətən də, bu məhsulların naxışları erməni xalçalarından götürülüb, lakin onlar təhrif olunub və indi Türkiyə marketinqi onları özlərininki kimi yerləşdirir”, – Vahe qeyd edir.












