“Hakimiyyət iqtidar fəaliyyəti illüziyası ilə, müxalifət müxalifətçilik illüziyası ilə, xalq isə dinc, sakit həyat illüziyası ilə yaşayır”. Tribuna.az xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən Alternativ Layihələr qrupunun üzvü Vahe Hovhannisyan deyib.
O qeyd edib ki, bu illuziyalar o qədər dərinə işləyib ki, Cermuxun kəndlərinə, Göycədən Qarabağa gedən yolların bağlanmasını belə ermənilər görmürlər. “Biz fəlakətin qarşısını almaq əvəzinə, öz icad etdiyimiz “sığınacaqlara” giririk. Uşaqlar kimi, oturub fəlakəti gözləyirik. Ümumi fikir, ümumi baxış yoxdur”.
Hovannisyan Ermənistanın baş naziri Nikol Paşinyana xitabən bildirir ki, ölkənin əsas illüziyaçısı hamıdan ayrılıb. “Ölkədən, dövlət sistemindən, komanda yoldaşlarından. O, ancaq müntəzəm olaraq təhlükənin böyük olduğunu, daha bir fəlakət olacağını bildirir. Ancaq illüziya o qədər böyükdür ki, onu dinləyən yoxdur. 5000-ə yaxın qurban verdik və hələ də buna əhəmiyyət vermirik və nəticə çıxarmırıq. İrəvandan üç saatlıq məsafədə sentyabrda 200-dən çox qurban verdik. Amma illüziyalarımızı daha dərinə bağlamağa başladıq. İndi də bayramla əlaqədar küçələri bəzəyirik. Bizə köhnə ətalətlə elə gəlir ki, 7 rayondan ibarət təhlükəsizlik zonası və ya başqa təhlükəsizlik təminatları var. İllüziya içindəyik, yoxsa danışıqlar aparırıq, xarici siyasət aparırıq, yoxsa geosiyasi faktor xatarırıq? Ən pisi isə problemlərimizi kiminsə bizim yerimizə həll edəcəyi illüziyası altındayıq”.









