Ermənistan parlamentində hakim fraksiya nümayəndəsi hesab edir ki, Ermənistan ordusu Azərbaycan birləşmələrini sıxışdırıb çıxarmağa qadirdir, lakin bu, genişmiqyaslı müharibəyə çevrilə bilər.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan Zəngəzurun Dığ kəndi yaxınlığında toqquşmalarda nə üçün sərhədçilər deyil, Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin olduğunu izah edib.
“Sərhəd qoşunlarının irimiqyaslı hücuma tab gətirmək və ya birləşmiş silah tapşırıqlarını yerinə yetirmək imkanı və resursları yoxdur. Azərbaycan mövqelərində dişlərinə qədər silahlanmış hərbçilər olanda, təbii ki, bizim ərazimizdə hərbi hissələr olmalıdır”, – Xaçatryan parlamentdə jurnalistlərə bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, bu bölmə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının mühafizəsi altında olacaq. Hakim “Mülki Müqavilə” fraksiyasından olan deputatın qeyd etdiyi kimi, hazırda cəbhə xəttində vəziyyət nisbətən sabitdir, Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq birbaşa – iki ölkənin yüksək rütbəli rəsmiləri arasında əldə olunub. Eyni zamanda, parlamentariyə görə, sabitliyə heç bir təminat yoxdur və vəziyyət hər an daha da pisləşə bilər.
Deputatın qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan bölmələrini göstərilən ərazidən sıxışdırıb çıxarmağa qadirdir, lakin bu, genişmiqyaslı müharibəyə çevrilə bilər. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, erməni tərəfdən 4 nəfər ölüb, 6 nəfər yaralanıb.









