ABŞ-a Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır. Çünki bu halda növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcək və sonra burada Rusiya hərbi bazasının olmasına gərək qalmayacaq.
Tribuna.Az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib. Onun fikrincə, belə olan halda region Rusiya və İranın nəzarətindən çıxır:
“Rus versiyasına görə, məsələni gələcəyə buraxmaq lazımdır ki, sülhməramlılar Qarabağda qalsın”.
Digər siyasi şərhçi Artur Xaçikyan isə hesab edir ki, Blinkenin Paşinyana zəngi, Rusiya versiyasına deyil, Qərbin təklif etdiyi sülh sazişinin imzalanmasına çağırışdır:
“Bir neçə gün əvvəl Ermənistan nümayəndəsi öz tonunu dəyişdi və Əliyevin hədələrinə kifayət qədər kəskin cavab verdi, Qarabağda soyqırım və Ermənistanın ərazi bütövlüyünün bərpası perspektivini bildirdi. Yəni Ermənistanın mövqeyi daha cəsarətli olub. Blinkenin mesajı ondan ibarət idi ki, bu məsələlərlə məşğul olmaq lazım deyil, sülh müqaviləsi imzalanmalıdır. Etnik təmizləmə və soyqırım təhlükəsinə isə heç bir reaksiya verilmədi, yəni Qərb bunu hiss etmir”.
Politoloq Argişti Kiviryanın fikrincə isə son vaxtlar Nikol Paşinyan stolun üstündəki modellərdən Rusiya modelinə bir növ “U-dönüşü” edir:
“Bu da ona fərqli istiqamətlərdə hərəkət etmək üçün lazımdır”.
Nigar
Tribuna.Az









