Ərəblər bu hərəkətinə görə Ronaldonun həbsini tələb edir – VİDEO

Ərəblər bu hərəkətinə görə Ronaldonun həbsini tələb edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kristiano Ronaldo “Əl-Hilal”a uduzduqları oyundan sonrakı hərəkətinə görə  Səudiyyə Ərəbistanından deportasiya oluna bilər.

38 yaşlı hücumçu “Messi, Messi” deyə səslənən azarkeşlərə qarşılıq olaraq əlini qasıq nahiyyəsinə atıb. Vəkil Nuf bin Əhməd isə “tvitter” hesabındakı paylaşımında portuqaliyalı ulduzun ölkədən qovulmasını tələb edib:

“Bu, cinayətdir, ictimai hörmətsizlikdir. Əcnəbi tərəfindən edilirsə, bu həbs olunma və ya deportasiya ilə nəticələnən bir qayda pozuntusudur”.

Qeyd edək ki, “Əl-Nəssr” “Əl-Hilal”a 0:2 hesabı ilə məğlub olmuşdu.