ƏRƏBİSTAN – İRAN MÜHARİBƏSİ QAPIDA…DƏHŞƏTLİ SAVAŞDA KİMLƏR BİRLƏŞƏCƏK?

ƏRƏBİSTAN – İRAN MÜHARİBƏSİ QAPIDA…DƏHŞƏTLİ SAVAŞDA KİMLƏR BİRLƏŞƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Səudiyyə Ərəbistanına zərbə endirərsə, qarşısında tək bu dövləti deyil, böyük bir koalisiyanı görəcək.
Tribuna.Az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Elxan Şahinoğlu çıxış edib. İranın ölkə daxilindəki etirazlardan diqqət yayındırmaq üçün belə bir hazırlıq mərhələsində olması xəbərini şərh edən politoloq qeyd edib ki, belə bir addım İrana baha başa gələcək:
“ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal”da İranla bağlı maraqlı yazı dərc olunub. Qəzetə müsahibə verən ABŞ və Səudiyyə rəsmiləri İranın ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini bildiriblər. Səudiyyə Ərəbistanının bu kəşfiyyatı ABŞ rəsmiləri ilə paylaşdığı ifadə edilən xəbərdə iki ölkə və bəzi digər ölkələrin ordularının hazır vəziyyətində olduqları qeyd edilib”.


E.Şahinoğlunun fikrincə, Səudiyyə Ərəbistanına zərbə endiriləcəyi təqdirdə, buna İranda yaşayan ərəblər də seyrçi qalmayacaq:
“İranda vəziyyət gərgindir, mitinq və küçə yürüşləri davam edir. Normalda İrandakı hakimiyyət hansısa islahatlar həyata keçirməlidir ki, vəziyyəti nisbətən sabitləşdirə bilsin. Ancaq İrandakı mövcud rejim islahata meyilli deyil, çünki bunun sonun başlanğıcı olacağından ehtiyat edir. Belə vəziyyətdə xarici düşmənlərə ehtiyac var ki, diqqət yayınsın.
İran İraqın şimalını bombaladı, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, indi də Səudiyyə Ərəbistanın hədəf götürməsi barədə xəbər yayılıb. Səudiyyə Ərəbistanı İraq deyil, İran bu ölkəyə zərbə endirərsə, qarşısında tək bu dövləti deyil, böyük bir koalisiyanı görəcək, ABŞ və Böyük Britaniyadan tutmuş müxtəlif ərəb ölkələri, hətta İsrailə qədər dövlətlər İranı hədəf götürəcəklər, üstəgəl İranda yaşayan ərəblər də seyrçi qalmayacaqlar”.
Nigar