Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 il öncə şəhid olan çox sevdiyi müəllimi Fevzi Bektaşa göndərdiyi məktub üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, Ərdoğan müəlliminin Qurban Bayramını təbrik etmək üçün göndərdiyi məktuba 1971-72-ci illərdə məktəbin futbol komandası ilə çəkdirdikləri fotonu qoyub.
Fevzi Bektaşın tələbələrindən olan Abdurrahman Şen Ərdoğanla bağlı xatirələrini bölüşərkən bunları deyib:
“Karagümrük stadionunda müəllimimiz Fevzi Bektaşla Ərdoğanın matçını izləyirdik. Ərdoğan çox yaxşı oynayırdı. Çıxışda Fevzi müəllim dedi ki, Ərdoğan dərslərini zəif oxuduğu halda, komandanın ən yaxşı oyunçularındandır. Bu gün Qurani-Kərimdən, ərəb dili dərslərindən 9-10 alanlar sabah bir hacı qızı ilə evlənib kənara çəkiləcəklər. Bu ölkəyə bu gün stadionda top arxasında qaçanlar xidmət edəcəklər”.
Sözügedən məktub zərfini və fotonu sizlərə təqdim edirik:










