Ərdoğandan hicabla bağlı TƏKLİF

Ərdoğandan hicabla bağlı TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qadınların hicab geyinməsinə dair Konstitusiya təminatının yaradılması şərtini irəli sürüb.

TİA.AZ xəbər verir ki, Türkiyə lideri təklifi Malatya şəhərində dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edərkən səsləndirib.

“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin”, – Ərdoğan qeyd edib.