Ərdoğan və Zelenski İstanbulda görüşdülər

Ərdoğan və Zelenski İstanbulda görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski arasında görüş başlayıb. 

Tribuna.az xəbər verir ki, liderlərin görüşü Dolmabahçe Sarayında keçirilir.

Müzakirələrin regional inkişafları və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı son vəziyyəti əhatə etməsi gözlənilir.

Ərdoğan dünən Rusiya lideri Vladimir Putinlə telefonla danışmışdı. Zəng zamanı regional məsələlər müzakirə olunub.