EPİDEMİYADAN ƏN ÇOX ŞƏHƏR ƏHALİSİ ƏZİYYƏT ÇƏKİR… – SƏBƏB

EPİDEMİYADAN ƏN ÇOX ŞƏHƏR ƏHALİSİ ƏZİYYƏT ÇƏKİR… – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki epidemiyanın gec cilovlanmasının bir səbəbi də Bakıda əhali sıxlığının olmasıdı. Hər yerdə sıxlıqdı – məktəbdə, bağçada, nəqliyyatda, əyləncə yerlərində, ictimai yerlərdə, AVM-lərdə, marketlərdə…

Tribuna.az xəbər verir ki, bu barədə həkim pediart Vaqif Qarayev bildirib. Onun sözlərinə görə, sanitar normativ çoxdan unudulub:

“Əyalətlərdə xəstəlik bu intensivlikdə yayılmayıb. Bütün epidemiyalarda şəhər əhalisi daha çox əziyyət çəkir. Amma indiki tamam başqa məsələdi. Kobud desəm, camaat təkrar-təkrar xəstələnməkdən bezib. Ancaq bu yenə də şəhərə axının qarşısını almayacaq”.

Həkim bildirib ki, bu problemin qarşısını almasaq, bu kimi epidemioloji vəziyyətlərdə problem daha da artacaq və əziyyəti çəkən isə şəhər və şəhərdə məskunlaşanlar olacaq.