ENGELS-2 AERODROMUNA DRON HÜCUMU…

ENGELS-2 AERODROMUNA DRON HÜCUMU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Saratov vilayətindəki Engels-2 aerodromuna dron hücumu olub. Bu aviabazada Rusiya Hava Kosmik Qüvvələrinin strateji aviasiyası (Tu-95 və Tu-160) yerləşir. Bu təyyarələr vaxtaşırı Xəzər istiqamətində uçub, oradan Ukrayna ərazisinə raket zərbələri endirirlər.

 

Tribuna.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli məlumat paylaşıb. O bildirib ki, hadisə nəticəsində 2 strateji bombardmançının zədə aldığı bildirilir:

“Engels-2 aerodromu Ukrayna sərhədlərindən təxminən 800 km uzaqlıqdadır. Rusiya strateji aviasiyasının istifadəsindəki Dyaqilevo (Ryazan yaxınlığı) aerodromunda da partlayış baş verib, 3 nəfər ölüb”.
Nigar