EMİN ƏMRULLAYEV: BU HADİSƏ BİZİ KƏDƏRLƏNDİRDİ

EMİN ƏMRULLAYEV: BU HADİSƏ BİZİ KƏDƏRLƏNDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün səhər saatlarında baş vermiş bədbəxt hadisə bizi dərindən kədərləndirdi”
Tribunainfo. az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında bildirib. Paylaşımda deyilir:
“Bakı-Quba yolunda Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimlərini daşıyan avtomobilin qəzaya düşməsi nəticəsində dünyasını dəyişmiş Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmova Allahdan rəhmət, xəsarət alan digər müəllimlərə şəfa diləyirəm”.
Xatırladaq ki, bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Tribunainfo. az